...

Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək

Siyasət Materials 1 Dekabr 2011 17:35 (UTC +04:00)
Almaniyanın Drezden şəhərində Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dekabrın 11-də Almaniyanın Drezden şəhərində Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, "Alm.az" Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Məlumatda qeyd olunur ki, təşkilatın rəhbəri Ağahüseyn Babayev ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətləri barədə iştirakçılara məlumat verəcək.

Daha sonra tədbir iştirakçılarına ulu öndərin şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş etdiriləcək. Anım mərasimində soydaşlarımızla yanaşı, Drezden şəhərinin hakimiyyət nümayəndələri, alman, türk, rus və yəhudi icmalarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti