Azərbaycan, Bakı, 19 dekabr / Trend müxbir M.Əliyev/
Bakıda 4 qitənin nümayəndələri modernləşmə siyasətini müzakirə edəcəklər.
Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında bildirilir ki, dekabrın 21-də "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçiriləcək tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığ ilə həyata keçirilən tədbirin məqsədi bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir.
Forumda, həmçinin Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalq Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia iştirak edəcəklər.
Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək.