Leyla Əliyeva: “Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik” (MÜSAHİBƏ) (FOTO)

Leyla Əliyeva: “Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik” (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar / Trend/

Yanvarın 17-də Londonda "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisinin açılışı olacaqdır. Bu ərəfədə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva bir sıra milli onlayn resurslarının nümayəndələri ilə görüşmüşdür. Yeni media nümayəndələri ilə bir neçə saatlıq söhbət maraqlı və açıq müsahibə götürməyə imkan vermişdir.

- Salam, Leyla xanım. Bu görüşə və ötən ilin yekunlarını sizinlə müzakirə etmək, cari ildə planlaşdırılan işlər barədə söhbət etmək imkanına görə sağ olun. Ona görə də söhbətə birbaşa başlayacağam. 2012-ci ilin əvvəlində ilk növbədə bilmək istərdik, siz 2011-ci ildə Heydər Əliyev Fondunun fəaliyyətinin yekunlarını necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd etmək istəyirəm ki, 2011-ci il bizim üçün tarixi baxımdan mühüm il olmuşdur. Özü də təkcə ona görə yox ki, keçən il yaddaşda "Eurovision"da bizim qələbə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ili kimi qalacaqdır. Həm də 2011-ci ildə ölkəmiz dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdir. Bu əlamətdar tarix geriyə nəzər salmağa, keçilmiş yolu təhlil etməyə və təbii ki, gələcək barədə düşünməyə imkan verir. Bununla əlaqədar Heydər Əliyev Fondu Avropa ölkələrinin paytaxtlarında sözün əsl mənasında unudulmaz tədbirlər keçirmişdir. Londonda, Parisdə, Moskvada, Berlində, Romada və Vatikanda silsilə konsertlər, sərgilər, qədim Azərbaycanın tarixinə və mədəniyyətinə, Azərbaycan xalqının müasir incəsənətinə və bənzərsizliyinə həsr edilmiş təqdimat mərasimləri təşkil olunmuşdur. Azərbaycanın dünyada daha geniş tanınması və təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr bizim milli mədəniyyətimizin uğurla təbliği üçün şərait yaratmışdır.

Onu da qeyd etmək lazımdır ki, son illərdə Heydər Əliyev Fondu musiqi festivallarının keçirilməsi sahəsində zəngin təcrübə toplamışdır. Dünya şöhrətli musiqiçilərin iştirak etdikləri bu festivallar klassik musiqi və muğam sənətinin gələcək ulduzlarının parladığı məkana çevrilir. Qəbələdə hər il keçirilən beynəlxalq musiqi festivalı, Bakıda beynəlxalq muğam festivalı, M.Rostropoviç adına beynəlxalq festival və bir sıra başqa tədbirlər dünya ulduzlarının böyüməkdə olan nəsil ilə ənənəvi görüş yerinə çevrilmişdir və bütün dünyadan ən yüksək zövqlü musiqisevərləri cəlb edir.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri təhsil sahəsidir. Vətənimizin gələcəkdə uğurlu inkişafını məhz bu sahə təmin edir, idarəetmə kadrlarının yeni nəslini formalaşdırır. Bizim Fond fəaliyyətə başladığı ilk ildən etibarən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını həyata keçirir. 2011-ci ildə uğurla davam etdirilmiş bu proqram çərçivəsində biz Azərbaycanın ən müxtəlif guşələrində 400-dək məktəb binasını tikməyə və tam təmir etməyə nail olmuşuq.

Keçən il Fond "İçərişəhər" idarəsi ilə birlikdə İkinci Beynəlxalq "Qız qalası" incəsənət festivalını təşkil etmişdir. Bu festivalda dünyanın 20 ölkəsindən 25 tanınmış rəssam iştirak etmişdir. Bu festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasını populyarlaşdırmağa, tariximiz, mədəniyyətimiz barədə söhbət açmağa kömək edir və təbii ki, gənc istedadların özlərini göstərməsinə imkan yaradır.

Gördüyünüz kimi, Heydər Əliyev Fondunun layihələrinin sayı yalnız artır. Müvafiq olaraq bizim təşkilatın ən müxtəlif sahələrdə müxtəlif layihələr həyata keçirmək təcrübəsi və ustalığı da artır. Buna görə biz fəaliyyətimizin coğrafiyasını daha da genişləndirmək, milli mədəniyyəti və ənənələri, Azərbaycanı bütün dünyada təbliğ etməkdə davam etmək əzmindəyik. Bu bizim prioritet vəzifəmizdir.

-Bu yaxınlarda Siz gənclərin yeni qlobal ekoloji kampaniyasına - İDEA-ya start vermisiniz. Bu kampaniya çərçivəsində artıq ilk addımlar atılmışdır - BMT İnkişaf Proqramı ilə saziş imzalanmış, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilmişdir. Siz ictimaiyyətin bu tədbirlərə marağını necə qiymətləndirirsiniz? Sizin ideya gənclər arasında nə dərəcədə əks-səda doğurmuşdur?

-İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. İndi ekologiya və ətraf mühitin qorunması barədə hamı danışır. Bizim təşəbbüs isə dəb xatirinə deyildir, bu, nə isə real və hissolunan işlər görmək istəyidir. Mənim fikrimcə, bugünkü gəncləri bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?! Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik.

Biz bunu nəzərə alaraq İDEA qlobal gənclik ekoloji kampaniyasına başladıq. Deyə bilərəm ki, bu kampaniyanın nəticələri mənim gözlədiyimdən də artıq oldu. Biz qısa müddətdə gələcək fəaliyyət üçün daha genişmiqyaslı zəmin yarada bildik.

Belə ki, 2011-ci il oktyabrın 21-də Heydər Əliyev Fondu Azərbaycan gənclərinin "Rio+20" sammitinin məqsədlərinə hazırlıq üçün səfərbər edilməsi barədə BMT İnkişaf Proqramı ilə saziş imzalamışdır. Bu il birinci "Yer Sammiti" keçirilməsinin 20 illiyi tamam olur. Bu sammit davamlı inkişafın və dünyanın ekoloji təhlükəsizliyinin təməlini qoymuşdur. İmzalanmış sənəd bir il ərzində BMT ilə əməkdaşlığı nəzərdə tutur. Bu layihə çərçivəsində "Rio+20" sammitinin məqsədləri barədə gəncləri məlumatlandırmaq üçün çoxlu tədbirlər keçiriləcəkdir. İyul ayına qədər biz orta və ali məktəblərdə işləyəcək, vətəndaş cəmiyyəti ilə "dəyirmi masa"lar keçirəcəyik. Bir sözlə, bu gün ətraf mühitin yaxşılaşdırılması naminə bizim hamımızı narahat etməli olan bütün məsələlər barədə danışacağıq.

Xüsusi qeyd etmək istəyirəm ki, İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənmişdir. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin demək olar ki, bütün iri təşkilatları iştirak edir. Bu, bizim "Bir planet - bir gələcək" devizimizi bir daha təsdiq edir. Bununla əlaqədar, planetimizi daha da yaşıllaşdırmağa çalışaraq iyun ayında Rio-de-Janeyroda keçiriləcək sammitə qədər Azərbaycanda təqribən 300 min ağac əkməyi planlaşdırırıq. İDEA artıq bu aksiyanı həyata keçirməyə başlamışdır. Hazırda bizim volonterlər Zığ şosesi boyunca təqribən 20 min ağacın əkilməsini davam etdirirlər.

İnformasiya-kommunikasiya sahəsində də geri qalmırıq. Çünki müasir dünyada internetdən fəal istifadə etməmək mümkün deyildir. Kampaniyanın www.ideacampaign.org saytı artıq işləyir. Dünyanın hər yerindən yüzlərlə gənc ekoloq bu sayt vasitəsilə bizə müraciət edir, bizi dəstəklədiklərini bildirən məktublar yazır, çoxsaylı təşəbbüslər irəli sürürlər. Qeyd etməliyəm ki, İDEA müxtəlif təşəbbüslərin və layihələrin təbliğ edilməsi üçün sosial şəbəkələrdə çox fəal iş aparır. Yeri gəlmişkən, bizim komandamız aldığımız məktublara əsasən sahibsiz heyvanlar üçün xüsusi sığınacaq yaradılması layihəsi üzərində işə başlamışdır. Bu aktual problem bəzən milli KİV-lərdə də işıqlandırılır. Buna görə biz bu məsələnin həllinə öz töhfəmizi verməyi qərara aldıq.

Bundan əlavə, İDEA Azərbaycanda "böyük Qafqaz beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən etmişdir. Bunlar ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. Biz bu problem barəsində Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmağı və yox olmaq təhlükəsi qarşısında olan növlərin qorunub saxlanması üçün konkret layihələr həyata keçirməyi məqsəd seçmişik. Məsələn, Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycan ceyranlarının qorunması və onların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. Xüsusi sensor qurğular bu gözəl heyvanların yerdəyişməsini izləməyə, ceyranların qanunsuz ovlanması hallarını qeyd etməyə və onların qorunub saxlanması üzrə qabaqlayıcı tədbirlər görməyə imkan verir. Nadir heyvanlar və onların Azərbaycanda yaşadığı mühitlə bağlı daha bir maraqlı proses barədə danışmaya bilmərəm.

Yəqin çoxları bilir ki, Bakının rəmzi olan Qız qalası həm də uzunqanadların yaşadığı yerdir. Qaranquşlar kimi, uzunqanadlar da köçəri quşlardır və qış dövründə Cənubi Afrika istiqamətində köç edirlər. Yayda isə onlar Bakıya qayıdır və qədim Qız qalasının divarlarında onların 200-ə yaxın yuvası vardır. Qız qalasının konservasiya edilməsi prosesinə başlanarkən bu yuvalar üçün təhlükə yaranmışdır. Buna görə də "İçərişəhər" Tarix-Memarlıq Qoruğu və İDEA kampaniyası xətti ilə bilavasitə tarixi abidənin yaxınlığında məhz uzunqanadlar üçün xüsusi yuvalar qurulmuşdur ki, onlar yay vaxtı özlərinin ənənəvi yaşayış yerlərini dəyişməsinlər.

Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, İDEA layihəsi çərçivəsində ən mühüm tədbir gənc ekoloqlar üçün Qəbələdə beynəlxalq düşərgə təşkil edilməsi olmuşdur. Bu düşərgə İDEA-nın məqsədlərini daha qlobal səviyyədə yaymağa və Azərbaycanın ən qədim guşələrindən biri olan Qəbələni ətraf mühitin qorunması məsələləri üzrə regional diskussiyalar mərkəzinə çevirməyə imkan vermişdir. Keçən il təşkil edilmiş düşərgədə dünyanın 35 ölkəsindən 85 ekoloq iştirak edirdi. Yeni layihə gənc ekoloqları o qədər ruhlandırmışdır ki, onlar xüsusi Qəbələ deklarasiyası qəbul etmişlər. Bu deklarasiya dünyada ekoloji vəziyyət üçün hər kəsi şəxsi məsuliyyət daşımağa çağırır. Biz bu il yenə bütün dünyadan olan gənc ekoloqları bir yerə toplamağı, planetimizin qorunması üçün zəruri tədbirləri müzakirə etməyi planlaşdırırıq.

- İDEA kampaniyası çərçivəsində bu il üçün əsas planlarınız necədir? Bilavasitə Bakıda Azərbaycan ictimaiyyətinin çoxsaylı nümayəndələrini əhatə edə biləcək tədbirlər keçirilməsi planlaşdırılırmı?

- Etiraf etməliyəm ki, İDEA-nın 2012-ci il və növbəti illər üçün geniş planları vardır. Qlobal miqyaslı əsas layihələr arasında yuxarıda adlarını çəkdiyim tədbirlərlə yanaşı, Avropanın müxtəlif ölkələrində "böyük Qafqaz beşliyi"nə həsr edilmiş fotosərgi təşkil etməyi nəzərdə tuturuq. Bu sərginin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Qafqazda və Azərbaycanda yox olmaq həddinə çatmış növlər probleminə cəlb etməkdir.

Bir neçə ilə "National Geographic" jurnalı ilə əməkdaşlıq etmiş dünya şöhrətli fotojurnalist Reza Deqati ilə birlikdə uşaqlar üçün rübdə bir dəfə ekoloji jurnal nəşr etməyi planlaşdırırıq. Bu jurnal bizim uşaq təfəkkürünə istiqamətlənmiş ideya və məqsədlərimizi yayacaqdır. Jurnal Azərbaycan və ingilis dillərində nəşr ediləcəkdir. Reza Deqati yaxın gələcəkdə start götürəcək "EYE DEA" beynəlxalq foto müsabiqəsinin də əsas hərəkətverici qüvvəsi olacaqdır. Müsabiqəyə təqdim edilmiş işlər Avropa şəhərlərində, sonra isə "Rio+20" qlobal sammiti çərçivəsində Rio-de-Janeyro küçələrində açıq havada sərgilənəcəkdir.

Bu günlərdə biz Azərbaycan tələbələri üçün yeni bir layihə - "Rio+20-yə öz mesajını çatdır" mövzusunda esselər müsabiqəsinə başlayacağıq. Bu, gənclər üçün qlobal sammitin məqsədləri barədə daha çox bilmək, davamlı inkişafın problemlərini və çağırışlarını öyrənmək üçün əlavə siqnal olacaqdır. Gördüyünüz kimi, iş çoxdur və biz ümid edirik ki, bu müsabiqə sıralarımıza yeni qüvvələr cəlb edəcək, İDEA-nın gənclər arasında mövqelərini xeyli möhkəmlədəcəkdir.

-Leyla xanım, siz yenicə başa çatmış ili rəhbəri olduğunuz Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəaliyyəti baxımından necə qiymələndirirsiniz?

-Bu il RAGT-nin 5 yaşı tamam olur. RAGT artıq yetkin və çox fəal təşkilatdır. Bu gün bizim təşkilatın coğrafiyası Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klubları yaradılmışdır. Təşkilatın qarşısında qoyulmuş əsas vəzifə Rusiyanın azərbaycanlı gənclərini və onların dostlarını sıx birləşdirməkdir. İnamla deyə bilərəm ki, RAGT bu missiyanın öhdəsindən uğurla gəlir və bu gün Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsidir.

Son üç ildə biz təbabətlə bağlı aksiyalar keçiririk - "Qanın milləti yoxdur!", "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de!", pulsuz müayinə aksiyası. Məsələn, pulsuz qanvermə aksiyasında hər il gənclərin yüzlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilir.

2011-ci ildən RAGT çoxsaylı aksiyalar keçirmişdir, o cümlədən futbol turniri, Sankt-Peterburqda bizim təşkilatın növbəti konfransı, RAGT-nin jurnalının buraxılması, bir sıra elmi konfranslar, fleş-moblar, tələbələrlə görüşlər.

Bununla yanaşı, 2011-ci ildə Heydər Əliyev Fondu Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzi açmışdır. M.İ.Rudomino adına dövlət ümumrusiya xarici ədəbiyyat kitabxanasında yerləşən bu mərkəzdə biz Azərbaycan haqqında kitablar, filmlər, disklər, bir sözlə, bütün informasiyanı toplamışıq. Orada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbii gözəlliklərini, Bakı şəhərinin nadir memarlıq nümunələrini görmək olar. Biz həmin mərkəzdə yaradıcılıq gecələri, sərgilər, seminarlar, maraqlı və məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, biz həmin mərkəzdə həm də Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri də təşkil edəcəyik. Bu dərsləri Bakıdan dəvət edilmiş, Azərbaycan dilinin daşıyıcıları olan müəllimlər keçəcəklər.

-Siz İslam Əməkdaşlıq Təşkilatının mədəniyyətlərarası dialoq üzrə gənclər forumunun baş əlaqələndiricisisiniz və həmin təşkilatın üzvləri olan ölkələrin gənclərini sıx birləşdirmək məqsədi güdən müxtəlif təşəbbüsləri kifayət qədər fəal şəkildə irəli sürürsünüz. Elə yuxarıda haqqında danışdığınız kampaniyalar buna sübutdur. Bu il yeni kampaniyaların və aksiyaların başlanması gözlənilirmi? Sizin fikrinizcə, yaxın gələcəkdə əsas, ən aktual fəaliyyət istiqamətləri nədən ibarət olacaqdır?

-Gənclər Forumunun baş əlaqələndiricisi kimi mənim fəaliyyətim 2007-ci ildən davam edir. Bu illər ərzində biz forumun strukturunu möhkəmlətməklə bərabər, bir sıra iri tədbirlər və çoxsaylı layihələr həyata keçirməyə nail olmuşuq.

Qeyd etməliyəm ki, Azərbaycan gəncləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında coğrafi əhatəsinə görə ən fəal gənclərdir. Azərbaycanda çoxsaylı etnoslar və dinlər dinc yanaşı yaşayır və bizim ölkədəki tolerantlıq mühiti qürur duymağa və təqdir edilməyə layiq nümunədir.

Gənclər Forumundakı fəaliyyət kontekstində 2011-ci il aprel ayında Bakıda Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatının birinci qurultayının keçirilməsi ilə yadda qalmışdır. Dörd illik iş nəticəsində biz Qlobal Gənclər Hərəkatını təsis etməyə və onu institusionallaşdırmağa nail olmuşuq. Bu, çox mühüm məsələdir, çünki qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması üçün ardıcıl iş aparılmasını nəzərdə tutur.

İlin sonunda, noyabrın 22-23-də Bakıda İƏT üzvü olan ölkələrin Gənc Sahibkarlar Şəbəkəsi təsis edilmişdir. Bu Şəbəkənin əsas məqsədi müsəlman dünyasında gənc sahibkarların əməkdaşlığını inkişaf etdirməkdir. Həmin Şəbəkə təcrübə mübadiləsi və yeni əlaqələr yaradılması üçün bir məkandır. Gənc sahibkarlar hər bir ölkədə əhalinin ən fəal təbəqəsidir və məhz bu sosial təbəqəyə istiqamətlənmək forum çərçivəsində daha səmərəli konsolidasiya üçün əlverişli şərait yaradacaqdır. Əlamətdar haldır ki, bu təşəbbüsün paytaxtı məhz Bakı olmuşdur.

Ümumiyyətlə, Gənclər Forumu dünyada ən fəal gənclik qurumlarından biridir və şübhəsiz, qlobal ekoloji təşəbbüslərdə, o cümlədən İDEA layihəsində çox fəal iştirak edir. Yeri gəlmişkən, biz forum çərçivəsində "10 gənc müsəlman" mükafatını təsis etmişik. Bu mükafat gənc nəslin yaradıcı və maraqlı ideyalarının populyarlaşdırılmasına real töhfə olacaq və İslam dünyasının gəncləri arasında fəallığı stimullaşdıracaqdır. 2012-ci il həm də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu çərçivəsində tələbə mübadiləsi proqramının həyata keçirilməsinin ilk ili olacaqdır. Bu proqram təşkilata dinamizm gətirəcək, yaxın illərdə onun fasiləsiz inkişafını təmin edəcəkdir.

- Bu yaxınlarda "Baku" jurnalının ingilisdilli versiyası çapdan çıxmışdır. Sirr deyildir ki, jurnalın rusdilli versiyası Rusiya auditoriyasında və təkcə orada deyil, çox populyardır. Sizin fikrinizcə, ingilisdilli versiyanın perspektivləri necədir?

- Jurnalın ingilis dilində nəşri ideyası məni çoxdan düşündürürdü. Bu barədə ilk dəfə jurnalın rus versiyasının təqdimatından sonra fikirləşmişəm, o vaxt çox adam bu nəşrin ingilisdilli versiyasının olub-olmaması ilə maraqlanırdı.

"Baku" jurnalının rus versiyası təqribən dörd il ərzində öz oxucu auditoriyasını getdikcə genişləndirmişdir. Bu müddətdə bizim komanda bazarları öyrənir, bu işdə bizə kömək edə biləcək müxtəlif şirkətlərlə məsləhətləşmələr aparırdı. Təbii ki, mən özüm də hazırlaşırdım, çünki bütün bunlar həm vaxt, həm də özünü fiziki və intellektual baxımdan bu işə tam həsr etməyi tələb edir.

2011-ci il başlanğıc nöqtəsi oldu. Biz jurnalı ingilis dilində nəşr etməyə başladıq. Bu gün "Baku" jurnalını artıq təkcə Böyük Britaniyada deyil, digər Avropa ölkələrində də alırlar. Satışın nəticəsi barədə danışmaq hələ tezdir, lakin yaxın vaxtlarda bu barədə məlumat alandan sonra sizinlə bölüşəcəyimi vəd edirəm.

Bu il biz jurnalın ABŞ-da təqdimatını keçirməyi planlaşdırırıq. Gələcəkdə isə bizim jurnalın köməyi ilə Azərbaycanı təkcə orada deyil, Azərbaycan səfirlikləri və bizim diasporun nümayəndələri olan hər yerdə təbliğ etməyi planlaşdırırıq. Bu jurnal bizim qədim tariximizi, mədəniyyətimizi, ənənələrimizi, musiqimizi və ədəbiyyatımızı fəal təbliğ etmək, onları dünya ictimaiyyətinə çatdırmaq üçün daha bir imkandır.

- Jurnalın başqa dillərdə nəşr edilməsi planlaşdırılırmı?

- Hazırda məqsədimiz ingilis versiyasını maksimum təkmilləşdirməkdir. Buna görə hələlik onun başqa dillərdə nəşri barədə fikirləşmirik. Ola bilsin ki, gələcəkdə, ingilis versiyası da, rus versiyası kimi populyar olanda bu barədə fikirləşməyə dəyər.

- 2012-ci il yanvarın 17-dən 29-dək Londonda çoxlu sayda müasir rəssamların iştirakı ilə "Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgi keçiriləcəkdir. Əlamətdar haldır ki, sərginin iştirakçıları arasında sizin də adınız göstərilmişdir. Bu ideyanın müəllifi kimdir? Bu tədbirin keçirilməsinin əsas məqsədi və vəzifəsi nədən ibarətdir?

- Belə bir sərgi keçirilməsi barədə mən bir neçə il düşünmüşəm. Deməliyəm ki, son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Rəssam, heykəltəraş və musiqiçilərin əvvəlki nəsilləri kimi, bu gənclər də dünya incəsənət xəzinəsinə öz töhfələrini verə bilərlər.

Bu gün Bakıda mövcud vəziyyət müasir incəsənətin inkişafı üçün hər cür şərait yaradır və dünya səviyyəsində dolğun sərgilər hazırlamağa imkan verir.
"Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisində 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video kimi müxtəlif istiqamətlərdə yüzlərlə işi təqdim ediləcəkdir.

Sərginin rəhbərləri və baş məsləhətçiləri incəsənət aləmindən yaxşı baş çıxaran insanlar - kurator Erve Mikaelof və təşkilatçı Simon de Püridir. Buna görə onlara ayrıca təşəkkür edirəm! Yanvarın 17-də Londonda açılacaq sərginin əsas ideyası və konsepsiyası onlara məxsusdur.

Biz ümid edirik ki, azərbaycanlı müəlliflərin işləri öz tamaşaçısını tapacaq və bu sərgi istedadlı gənc azərbaycanlıların dünya sənət meydanlarına çıxması üçün zəmin yaradacaqdır. Bu sərgi bizim mədəniyyətimizi və milli bənzərsizliyimizi nümayiş etdirmək üçün daha bir imkandır.

- Gənc rəssamlarla yanaşı, Azərbaycanın ustad sənətkarlarının da işlərinin nümayiş etdiriləcəyi bu cür sərgilərin başqa ölkələrdə və şəhərlərdə, habelə Bakıda da keçirilməsi planlaşdırılırmı?

- İndiki mərhələdə biz Londonda keçiriləcək sərgiyə ciddi hazırlaşırıq. Çünki bu, belə genişmiqyaslı və müxtəlif istiqamətli ilk sərgi olacaqdır. Azərbaycanı belə bir nüfuzlu məkanda təmsil etmək çox məsuliyyətli işdir.

Şübhə yoxdur ki, Londonda sərgi uğurla başa çatandan sonra biz həmin işləri Berlin, Paris, Roma, ola bilsin ki, Nyu-York və Moskvada, habelə müasir incəsənət mərkəzləri sayılan başqa şəhərlərdə də nümayiş etdirməyi planlaşdırırıq. Əlbəttə, biz Bakıda da sərgi keçirməyə hazırlaşırıq, lakin bunu lap axırda etmək istəyirik. Bizim üçün Bakı layihələrimizin, məqsədlərimizin həm əvvəli, həm də sonudur.

- Leyla xanım, rəsmi suallardan bir qədər uzaqlaşmaq istərdim. Siz həmişə məşğulsunuz, çoxlu layihələriniz, müxtəlif təşəbbüsləriniz vardır və buna baxmayaraq, siz rəsm çəkirsiniz. İcazə verin, soruşaq, siz bunun üçün necə vaxt tapırsınız və boyakarlıq sizin üçün nə deməkdir?

- Rəsm çəkmək həqiqətən çox böyük ləzzətdir. Ona görə ki, bu iş insanı çox sakitləşdirir, deyərdim ki, onu ipə-sapa yatırır və nəticə ya alınır, ya da yox. Bəzən yarım il rəsm çəkməyə bilərəm, amma bir ayda beş-altı rəsm də çəkə bilərəm. Rəsm çəkməyə başlayanda bu işdən ayrılmaq sadəcə qeyri-mümkündür və nə isə başqa işlə məşğul olmaq çox çətindir. Yəqin ki, rəsm çəkənlərin hamısı bu hissləri keçirir. Bir sözlə, bu, böyük ləzzətdir, lakin uğurlu alınmayanda ilham pərisini gözləmək lazım gəlir.

Məsələn, hazırda mən uşaqlar üçün milli nağıllar kitabının illüstrasiyası üzərində işləyirəm. "Biri var idi, biri yox idi" adlanan bu kitab rus dilində çıxacaqdır. Bu ideya mənim üçün çox maraqlı və yaxındır, başqa işlərlə yanaşı xeyli vaxt aparır. Lakin istəyirəm ki, uşaqlar üçün nə isə məxsusi və çox maraqlı bir iş görüm.

Son həftələrdə mən Londonda keçiriləcək sərgiyə fəal hazırlaşmışam. Orada digər azərbaycanlı rəssamlarla bərabər mən də ola bilsin ki, beş-altı iş təqdim edəcəyəm.

- Leyla xanım, çox adam bilir və çoxları şahiddir ki, siz şeir yazırsınız. Şeir yazmaqda davam edirsinizmi?

- Bəli, davam edirəm, mənim şeirlərim çoxdur, sadəcə olaraq, daha onları çap etdirmirəm. Əlbəttə, kitab nəşr etmək ideyası var, lakin yəqin ki, bu, gələcəkdə olacaqdır. Şeir yazmaq da rəssamlıq kimidir, bir il yazmamaq, sonra isə bütöv həftəni yazmaq olar.

- Leyla xanım, siz həmişə formadasınız. Özünüzdən eşitmək istərdik, siz idmanla nə dərəcədə məşğul olursunuz?

- Yəqin ki, həddən artıq (gülümsəyir). İdman insanın özünü həm fiziki, həm də mənəvi baxımdan daha yaxşı hiss etməsinə imkan verir. Buna görə mən hər gün idmanla məşğul oluram.

Yeri gəlmişkən, hazırda qayayadırmanma idmanı barədə düşünürəm. Mənim üçün bu nə isə yeni, çox maraqlı işdir. Çünki bu, təkcə cəsarət və mərdliklə deyil, həm də daha bir yüksəkliyi fəth etmək imkanı ilə bağlıdır.

Həyatda elə olur ki, bir layihə üzərində işə başlayandan sonra həmişə onu bir sıra başqa layihələrlə yanaşı davam etdirmək lazım gəlir. Beləcə, ətraf mühitin qorunması üzrə kampaniyanı başlayandan sonra dağa qalxmaq barədə düşündüm. Qayaya dırmaşmağı öyrənməyə başladım. Bu il yayda bizim ekologiya kampaniyasının volonterləri ilə birlikdə milli zirvələrdən birinə qalxmağı planlaşdırıram.

- Müsahibə üçün sağ olun.

- Siz də sağ olun, oxucularınıza ən xoş arzularımı bildirirəm.

Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
Loading Bars
Xəbər lenti
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb (FOTO)
Türkiyədə əhalinin COVİD-19-a qarşı vaksinasiya ediləcəyi tarix müəyyənləşib
Britaniyada sutka ərzində 16 mindən artıq koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Bütün xəbərlər