...

İordaniya Senatı sədrinin apreldə Azərbaycana səfəri planlaşdırılıb

Siyasət Materials 7 Fevral 2012 12:58 (UTC +04:00)
İordaniya Senatının (parlamentin yuxarı palatası) sədri Tahir Masrinin apreldə Azərbaycana səfəri planlaşdırılıb.
İordaniya Senatı sədrinin apreldə Azərbaycana səfəri planlaşdırılıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

İordaniya Senatının (parlamentin yuxarı palatası) sədri Tahir Masrinin apreldə Azərbaycana səfəri planlaşdırılıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı ilə görüşündə Masrininin özü deyib. Məlumatı çərşənbə axşamı Azərbaycanın İordaniyadakı səfirliyi yayıb.

Söhbət zamanı İordaniya Senatının sədri Masriyə azərbaycanlı həmkarı Oqtay Əsədovun adından rəsmi dəvət məktubu təqdim edilib.

Görüşdə Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığının inkişaf etdirilməsi, qanunverici orqanların nümayəndələrinin səfər mübadilələrinin təşkili, o cümlədən iki ölkənin parlamentləri arasında mövcud dostluq qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda səfir Araslı Senat sədri Masriyə İordaniyada Azərbaycan haqqında nəşr olunmuş kitabı təqdim edib.

Xəbər lenti

Xəbər lenti