...

Türkiyə kəşfiyyatının rəhbəri terror təşkilatının işi üzrə ifadə verəcək

Siyasət Materials 8 Fevral 2012 15:31 (UTC +04:00)
Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və onun iki yüksəkrütbəli əməkdaşı "Kürd Cəmiyyətləri Birliyi" (KCB) təşkilatının terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəsi haqqında ifadə verəcək.
Türkiyə kəşfiyyatının rəhbəri terror təşkilatının işi üzrə ifadə verəcək

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və onun iki yüksəkrütbəli əməkdaşı "Kürd Cəmiyyətləri Birliyi" (KCB) təşkilatının terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəsi haqqında ifadə verəcək.

PKK-nın şəhər qanadı hesab edilən KCB-nin işi bir neçə professor və fəalların həbs edilməsindən sonra geniş müzakirə olunmağa başlanıb.

Şübhəli bilinənlərə qarşı terror təşkilatına mənsub olmaq, terror fəaliyyətinə dəstək vermək və ölkənin bütövlüyünü məhv etməyə cəhd daxil olmaqla, müxtəlif cinayətlərdə iştirak etməkdə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti