...

Türkmənistanın Azərbaycandakı səfirliyində qeydiyyatda olan seçicilərinin 99%-i prezident seçkilərində iştirak edib (FOTO)

Siyasət Materials 12 Fevral 2012 18:51 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfirliyində qeydiyyatda olan seçicilərinin 99%-i prezident seçkilərində iştirak edib.
Türkmənistanın Azərbaycandakı səfirliyində qeydiyyatda olan seçicilərinin 99%-i prezident seçkilərində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, E. Əliyev/

Bazar günü Türkmənistanda prezident seçkiləri başlanıb. 16:00 olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan seçicilərinin 99 faizi öz hüququndan istifadə edərək səsvermədə iştirak edib. Bu barədə Trend-ə Türkmənistanın Azərbycandakı səfirliyində məlumat verilib.

Xaricdə olan Türkmənistan vətəndaşları üçün bu ölkənin səfirlik və konsulluğlarında seçki məntəqələri təşkil olunub.

Bazar günü saat 08:00-da Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov seçki məntəqəsini açıb.

Səsvermənin gedişatı ilə tanış olmaq üçün səfirliyə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının başçıları, o cümlədən, Belarus, Çin, Özbəkistan, Rusiya, Qazaxıstan, Tacikistan səfirləri və veynəlxalq qurumların nümayəndəliklərinin rəhbərləri gəlmişdirlər.

Qonaqlar səsvermə prosesini yüksək qiymətləndirərək onun bütün beynəlxalq hüqüq normalarına və yüksək demokratik standartlarına uyğun olduğunu bildiriblər.

Səsverməni yerli və beynəlxalq KİV-ləri işıqlandırıblar.

Türkmənistan vətəndaşları seçkilərdə yüksək aktivlik göstərib. Belə ki, 16:00-a olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan seçicilərinin 99%-i səsvermədə iştirak edib.

Bazar günü yerli vaxtla səhər saat 08:00-da Türkmənistanda seçki məntəqələri açılıb. Türkmənistanda ən yüksək dövlət vəzifəsinə 8 namizəd iddia edir. Onlar arasında hazırkı Prezident Qurbanqulu Berdiməhəmmədov, Daşoğuz bölgəsi rəhbərinin müavini Rəcəb Bazarov, "Turkmənqaz"ın idarələrindən birinin rəhbəri Kakagəldi Abdullayev, "Turkmənneft"in əməkdaşı Qurbanməmməd Mollaniyazov, su təsərrüfatı naziri Annagəldi Yazmuradov, Tikinti Nazirliyinin əməkdaşı Esenqulu Qayıbov, pambıqəyirmə fabrikinin direktoru Səfərmurad Batırov və energetika və sənaye naziri Yarməhəmməd Orazquliyev var.

Xəbər lenti

Xəbər lenti