...

Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb (FOTO)

Siyasət Materials 15 Fevral 2012 19:12 (UTC +04:00)
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb.
Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb.

NATO-nun baş katibi dövlətimizin başçısını Alyansın mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşılayıb.

Sonra Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdiriblər.

Anders Foq Rasmussen dəvəti qəbul edib NATO-nun mənzil-qərargahına gəldiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür edib.

Anders Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərinə görə NATO-nun baş katibinə minnətdarlıq edib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaq.

Prezident İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib.

Dövlətimizin başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirib.

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Foq Rasmussen Alyansın mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatlarla çıxış ediblər.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti