...

İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Siyasət Materials 23 Fevral 2012 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.

"Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin əhatə dairəsinin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Toomas Hendrik İlvesə möhkəm cansağlığı, işlərində uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti