...

Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü regional əməkdaşlığa yardım edəcək (FOTO)

Siyasət Materials 7 Mart 2012 14:39 (UTC +04:00)
Naxçıvanda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü regional əməkdaşlığa yardım edəcək.
Elmar Məmmədyarov: Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü regional əməkdaşlığa yardım edəcək (FOTO)

Azərbaycan, Naxçıvan, 7 mart / Trend, müxbir E.Hüseynov /

Naxçıvanda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli görüşü regional əməkdaşlığa yardım edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov görüşdə bildirib.

Azərbaycanlı nazir qonaqları salamlayıb və qeyd edib ki, İstanbul görüşündə razılaşdırıldığı kimi, üçtərəfli danışıqların keçirilməsi regional əməkdaşlığın inkişafı, eləcə də regionda insanlar arasında əlaqələrin inkişafı üçün mühüm önəm kəsb edəcək.

Bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilir.

Görüş bağlı qapılar arxasında keçirilir.

Günü birinci yarısında üç ölkənin XİN rəhbərləri ikitərəfli görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti