...

Moskvada müxalifətin Yeni Arbatdakı mitinqi başa çatıb

Siyasət Materials 10 Mart 2012 15:37 (UTC +04:00)
Rusiyada prezident seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətin Moskvanın Yeni Arbat küçəsindəki mitinqi başa çatıb.
Moskvada müxalifətin Yeni Arbatdakı mitinqi başa çatıb

Azərbaycan, Bakı, 10 mart /Trend/

Rusiyada prezident seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətin Moskvanın Yeni Arbat küçəsindəki mitinqi başa çatıb. Bu barədə şənbə günü Trend RİA Novosti-yə istinadən məlumat verir.

Təşkilatçılar mitinqdə 50 minədək adamın iştirak edəcəyini gözləyirdi. RF DİN-in Moskva üzrə Baş Komitəsindən verilən məlumata görə, mitinqdə 10 min nəfər olub.

Aksiyaya 4 mart prezidet seçkilərində iştirak edən müşahidəçilər, siyasətçilər, vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər və bloqerlər gəliblər. Onlar səsvermə günü seçki məntəqələrində üzləşdikləri pozuntular və saxtakarlıqlar barədə danışıblar.

Şənbə günü səhər Rusiya DİN-dən bildirmişdilər ki, bəzi vətəndaşlar mitinq başa çatdıqdan sonra təxribat törətməyi, eləcə də magistralları bağlamağı və çadırlar qurmağı planlaşdırırlar.

Qeyd edək ki, müxalifətin martın 5-də Puşkin meydanındakı aksiyası tədbirin başa çatmasından sonra meydanda qalan müxalifətçilərin saxlanması ilə başa çatmışdı. Saxlananlar arasında "Sol cəbhə"nin koordinatoru Sergey Udalsov, bloqer Aleksey Navalnı və "Həmrəylik" hərəkatının həmsədri İlya Yaşin də var idi. Martın 6-na keçən gecə inzibati xətalar barədə protokollar tərtib edildikdən sonra müxalifətçilərin hamısı buraxılıb. İndi onları məhkəmə gözləyir.

Xəbər lenti

Xəbər lenti