...

Çanaqqala zəfəri Bakıda da qeyd olunub

Siyasət Materials 18 Mart 2012 18:34 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Çanaqqala zəfərinin 97-ci ildönümü ilə bağlı tədbir keçirib.
Çanaqqala zəfəri Bakıda da qeyd olunub

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Türkiyənin Azərbaycandakı səfirliyi Çanaqqala zəfərinin 97-ci ildönümü ilə bağlı tədbir keçirib.

Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc və səfirliyin əməkdaşları martın 18-də Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad etməsi uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərinin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Vətənə sevgi, Şəhidlik zirvəsinə həsr olunmuş şeirlər və mahnılardan parçalar dinlənilib.

Səfir Hulusi Kılıç Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən danışıb.

Tədbir iştirakçıları sonra Şəhidlər xiyabanında Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" kompleksi önünə əklil qoyublar.

Xəbər lenti

Xəbər lenti