...

Səngəçal elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Siyasət Materials 28 Mart 2012 12:54 (UTC +04:00)
Fevral ayı ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 467 min kilovat-saata qarşı 129 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
Səngəçal elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Fevral ayı ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 467 min kilovat-saata qarşı 129 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" SC-dən (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) verilən məlumatda deyilir.

2011-ci il ərzində elektrik stansiyasında 1245,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 2,1 milyon kilovat-saat çoxdur.

"Stansiyada işlər müasir tələblərə cavab verir. Bütün aqreqatlar normal iş vəziyyətindədir. 500 saatlıq istismardan sonra avadanlıqlara texniki baxış keçirilir. Aşkar olunan nasazlıqlar operativ qaydada aradan qaldırılır və təkrar baxışdan sonra avadanlıqlar təkrar istismara buraxılır", - məlumatda deyilir.

İlin əvvəlindən həm aqreqatlarda, həm də yardımçı avadanlıqlarda təmir işləri həyata keçirilib.

"Bu müəssisədə və digər enerji obyektlərində yanğınsöndürmə məsələsi diqqət mərkəzindədir. Bununla əlaqədar yanğın əleyhinə treninqlər keçirilir", - SC-nin məlumatında deyilir.

Ümumi gücü 300 meqavat olan Səngəçal elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Digər enerji obyektlərindən fərqli olaraq, bu stansiya yanacağın üç növü - mazut, qaz və dizellə işləyir.

Xəbər lenti

Xəbər lenti