Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında gənclərlə bağlı geniş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev və partiyanın üzvləri iştirak edib.
Tədbir zamanı gənclər çıxış ediblər və müxtəlif təkliflər irəli sürüblər. YAP Gənclər Birliyinin sədri Xəzər rayonu gənclərinin təkliflərini səmərəli hesab edib və onların həyata keçirilməsi istiqamətində müxtəlif yollar göstərib.
Həmçinin görüşün məhsuldar keçdiyini vurğulayan Seymur Orucov Prezident İlham Əliyevin 90-cı illərin sonundan başladığı gənclər hərəkatının son zamanlar artıq öz səmərəsini verdiyini toplantı iştirakçılarına çatdırıb.