...

Azərbaycan və İsrail diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirlər (FOTO)

Siyasət Materials 23 Aprel 2012 21:02 (UTC +04:00)
Azərbaycan və İsrail diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirlər. Bu hadisəyə həsr edilmiş tədbir bazar ertəsi Bakıda təşkil edilib.
Azərbaycan və İsrail diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirlər (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Hüseynov/

Azərbaycan və İsrail diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirlər. Bu hadisəyə həsr edilmiş tədbir bazar ertəsi Bakıda təşkil edilib.

Azərbaycan-İsrail münasibətləri təkcə etibarlı və möhkəm deyil, həm də bu münasibətlərin uzaq keçmişi var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İsrailin xarici işlər naziri Aviqdor Liberman tədbirdə çıxışı zamanı bildirib.

O deyib ki, Azərbaycan yəhudilərin özlərini həmişə evdəki kimi hiss etdikləri ölkədir.

Nazirin sözlərinə görə, münasibətlərimiz tarixin sınağından keçib.

"Əgər 20 il əvvəl İsrailin Azərbaycana ixracatı 500 min dollar, idxalı isə 12 min dollar təşkil edirdisə, bu gün ikitərəfli əmtəə dövriyyəsi 4 milyard dolları ötür. İki ölkənin münasibətləri kənd təsərrüfatı, tibb, su resursları sahəsində inkişaf edir. İsrail iş adamları infrastrukur layihələrə investisiyalar qoyur. İki dövlət arasında yüksək səviyyədə fikir mübadiləsi xeyli intensivdir", - o qeyd edib.

Liberman bu günlərdə gömrük əməkdaşlığı sahəsində ikitərəfli sazişin imzalanmasından məmnunluğunu ifadə edib və məlumat verib ki, diplomatlar üçün vizasız rejim haqqında, habelə təhsil sahəsində saziş hazırlanır.

"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi şübhəsiz ki, Azərbaycanın dünya arenasında xüsusi statusunun tanınmasıdır", - nazir deyib.

O, gələcəkdə ikitərəfli münasibətlərdə müsbət dinamikaya ümid etdiyini bildirib.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib ki, əgər 20 il bundan əvvəl iki ölkə yalnız münasibət qurmuşdularsa, bu gün tərəflər fəxr edə bilərlər ki, əməkdaşlıq rəsmi səviyyədən bütün səviyyələrdə qarşılıqlı anlaşmaya və qarşılıqlı etibara keçib.

Əliyev hesab edir ki, ikitərəfli münasibətlərin potensialı böyükdür.

O, ümidvar olduğunu bildirib ki, iki ölkənin əməkdaşlığı ixrac-xammal strukturundan innovasiya texnologiyaları, dəqiq elmlər, kənd təsərrüfatı və sənaye sahələrinə keçəcək.

Natiq Əliyev İsrail Dövlətinin yaradılmasının 64 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, çiçəklənmə, iqdisadi inkişaf, İsrail xalqına sülh və əmin-amanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti