Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan zabitləri beynəlxalq təlimlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbiçilərimiz Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, 7-11 mayda Almaniyada maddi texniki təminat üzrə planlaşdırma təlimində iştirak edəcəklər.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, zabitlərimiz 7-11 mayda Türkiyədə Mühəndis-istehkam hərbi hissələrində təlimlərin keçirilməsi üzrə təcrübə mübadiləsi və sulardan keçiş üzrə təlimlərə qatılacaqlar.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, azərbaycanlı zabitlər Almaniyada 8-10 mayda keçiriləcək "Yaşayış məntəqələrində taqım səviyyəsində döyüşün aparılması" təlimində iştirak edəcəklər.
Mayın 8-11-də isə Almaniyada "Dunay döyüşçüsü" komanda-qərargah təliminə qatılacaqlar.
Hərbiçilərimiz Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, mayın 7-dən iyunun 29-dək Pakistanda antiterror təlim, mayın 7-dən 11-dək Türkiyədə "Kiber terrorizm sahəsində xəbərdar olma siyasəti və idarəçilik səviyyəsi" mövzusunda kurslarda iştirak edəcəklər.