...

İranın Azərbaycandakı səfiri Tehrana çağırılıb

Siyasət Materials 22 May 2012 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bərhami Tehrana çağırılıb. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, səfirin İran Xarici İşlər Nazirliyi tərəfindən məsləhətləşmələr üçün Tehrana çağırılıb.

İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Abbas İskəndəri Trend-ə məlumatında səfirin məsləhətləşmələr aparılması üçün Tehrana çağrıldığını deyib.

Xəbər lenti

Xəbər lenti