...

Rəfsəncani: İranla "altılıq" arasında danışıqlar saxta nikbinliyə əsaslanır

Siyasət Materials 30 May 2012 15:29 (UTC +04:00)
İranla "altılıq" arasında danışıqlar saxta nikbinliyə əsaslanır. Trend-in məlumatına görə, bu barədə İranın sabiq prezidenti ayətullah Əli Əkbər Haşimi Rəfsəncani "Jomhouri Islami" qəzetinə müsahibəsində bildirib.
Rəfsəncani: İranla "altılıq" arasında danışıqlar saxta nikbinliyə əsaslanır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İranla "altılıq" arasında danışıqlar saxta nikbinliyə əsaslanır. Trend-in məlumatına görə, bu barədə İranın sabiq prezidenti ayətullah Əli Əkbər Haşimi Rəfsəncani "Jomhouri Islami" qəzetinə müsahibəsində bildirib.

Rəfsəncani İslam Respublikasının nüvə proqramı üzrə davam edən danışıqların uğurlu olacağına şübhə etdiyini deyib.

"Danışıqların müsbət olduğu deyilsə də, Bağdaddakı danışıqların nəticələri irəliləyişin olmadığını aydın şəkildə göstərdi", - Rəfsəncani deyib.

O əlavə edib ki, qiymət vermək üçün kifayət qədər məlumata malik olmadığını bildirib. Lakin aydındır ki, Qərb dövlətləri İrana sanksiyaların köməyi ilə təzyiq etməyə çalışaraq boykot taktikasından istifadə edir.

"İran belə strategiyanın işləməyəcəyini sübut etdi", - sabiq prezident bildirib.

Mayın 23-də Bağdadda İranla "altılıq" arasındakı danışıqların nəticələrinə görə, müzakirələrin növbəti mərhələsi iyunun 18-19-da Moskvada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti