...

Bakı ilə Budapeştin qardaşlaşması məsələsi müzakirə olunub

Siyasət Materials 1 İyun 2012 15:13 (UTC +04:00)
Budapeşt meriyasının Böyük Şurasında Azərbaycanın paytaxtı Bakı şəhəri ilə iqtisadi, mədəni, humanitar əlaqələrin daha da genişləndirilməsi və intensivləşdirilməsi, habelə iki paytaxtın qardaşlaşması məsələsi müzakirə olunub və bu istiqamətdə müsbət qərarlar qəbul olunub.
Bakı ilə Budapeştin qardaşlaşması məsələsi müzakirə olunub

Azərbayxan, Bakı, 1 iyun /Trend/

Budapeşt meriyasının Böyük Şurasında Azərbaycanın paytaxtı Bakı şəhəri ilə iqtisadi, mədəni, humanitar əlaqələrin daha da genişləndirilməsi və intensivləşdirilməsi, habelə iki paytaxtın qardaşlaşması məsələsi müzakirə olunub və bu istiqamətdə müsbət qərarlar qəbul olunub.

Azərbaycanın Macarıstandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Budapeşt və Bakının qardaşlaşması ideyası ilk dəfə ötən ilin noyabr ayında Macarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında müzakirə olunub. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin hazırladığı müvafiq sənədlər Macarıstan tərəfinə təqdim edilib. Ölkəmizə marağın gündən-günə artdığı bir şəraitdə Budapeşt meriyası bu təklifi məmnuniyyətlə dəstəkləyib.

Bakı ilə Budapeştin qardaşlaşması iqtisadi əməkdaşlıq, turist və tələbə mübadiləsi, mədəni dəyərlərin təbliği, Azərbaycan həqiqətlərinin Avropada daha geniş yayılması, eyni zamanda, özlərini azərbaycanlılara qohum xalq hesab edən macarların təkrarsız mədəniyyətləri ilə ölkəmizdə daha yaxşı tanınmaları üçün yeni imkanlar yaradacaq.

Hazırda Budapeştin qardaşlaşdığı şəhərlər sırasına Nyu-York, İstanbul, Berlin, Dublin, Zaqreb, Vyana, Vilnüs, Lissabon, Sarayevo, Təl-Əviv və başqa dünya paytaxtları və meqapolislər daxildir.

Xəbər lenti

Xəbər lenti