...

Səfir: Neft və qaz sahəsi Azərbaycan-Böyük Britaniya əməkdaşlığının bir elementidir

Siyasət Materials 5 İyun 2012 19:11 (UTC +04:00)
ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransına həsr olunmuş birgə tədbir keçiriblər.
Səfir: Neft və qaz sahəsi Azərbaycan-Böyük Britaniya əməkdaşlığının bir elementidir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransına həsr olunmuş birgə tədbir keçiriblər.

Trend-in məlumatına görə, tədbir zamanı Britaniya səfiri Piter Beytman bildirib ki, 2012-ci il Azərbaycan üçün çox uğurlu ildir, çünki bu il ölkə "Eurovision" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi edib, eləcə də BMT TŞ-yə üzv qəbul edilib. Səfir bu münasibətlə Azərbaycan dövlətini təbrik edib.

O qeyd edib ki, Azərbaycan və Böyük Britaniya arasında çox güclü, uğurlu əlaqələr var və neft və qaz sahəsi də bu əməkdaşlığın bir elementidir.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq öz çıxışında qeyd edib ki, iki ölkə arasında əlaqələrin miqyası enerji sahəsini aşıb və xeyli genişlənib. O, bunun ən bariz nümunəsi kimi apreldə Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclasının keçirilməsini göstərib.

Sterlinq qeyd edib ki, ABŞ-ın Azərbaycanda enerji və enerji xidmətləri sahəsində bir çox şirkətləri var və digər ABŞ şirkətləri də Azərbaycan bazarlarına daxil olmaq niyyətindədirlər. Həmin şirkətlərin nümayəndələri bu tədbirdə iştirak edirlər.

"Hesab edirəm ki, ABŞ-ın Xəzərin neft və qaz hasilatında ən önəmli rolu ondan ibarətdir ki, müxtəlif tərəfləri bir araya gətirib və onların birgə işləməsi üçün şərait yaradıb", - o deyib.

Tədbirdə bir çox ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri, Azərbaycan millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti