...

ABŞ-ın səfirliyi Azərbaycana silah satışına qadağa qoyulması barədə məlumatları şərh edib

Siyasət Materials 4 İyul 2012 04:53 (UTC +04:00)
ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində münasibətləri çox yüksək səviyyədədir. Bunu çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə bildirib.
ABŞ-ın səfirliyi Azərbaycana silah satışına qadağa qoyulması barədə məlumatları şərh edib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində münasibətləri çox yüksək səviyyədədir. Bunu çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə bildirib.

Azərbaycana silah satışına qadağa qoyulması barədə yayılan məlumatları şərh edən Sterlinq bildirib ki, ABŞ-da özəl şirkətlər başqa dövlətlərə müdafiə avadanlığı satması üçün Dövlət Departamentindən lisenziya almalıdırlar.

"Məlum vəziyyət isə yalnız bir neçə xarici ölkəyə, o cümlədən Azərbaycana da müdafiə avadanlığı satmaq istəyən şirkətin lisenziya alması barədə müraciəti ilə bağlıdır. Bu şirkət lisenziyasını dəyişdirərək Azərbaycanın adını müraciətdən çıxarıb", - diplomat deyib.

Sterlinq şirkətin adını açıqlamayıb.

"ABŞ-la güclü təhlükəsizlik tərəfdaşı olan Azərbaycan arasında təhlükəsizlik sahəsində münasibətləri çox yüksək səviyyədədir. Biz Azərbaycana yardım göstəririk", deyə Sterlinq bildirib.

Xəbər lenti

Xəbər lenti