...

Azərbaycan Prezidenti və xanımı XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gəliblər

Siyasət Materials 26 İyul 2012 20:29 (UTC +04:00)
İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gəliblər.
Azərbaycan Prezidenti və xanımı XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gəliblər

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi London şəhərinə gəliblər.

Londonun "Stansted" hava limanında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşıladılar.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Xəbər lenti

Xəbər lenti