...

Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 19 Sentyabr 2012 21:33 (UTC +04:00)
Sentyabrın 18-də Parisdə Ermənistanın Fransadakı səfirliyi qarşısında Almaniya, İsveçrə, İsveç, Niderland, Belçika, Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib.
Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 18-də Parisdə Ermənistanın Fransadakı səfirliyi qarşısında Almaniya, İsveçrə, İsveç, Niderland, Belçika, Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiyada "Ermənistan terrorçu dövlətdir!", "Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!", "Xocalıya ədalət!", "Şəhidlər ölməz, "Qarabağ bizimdir, bizim olacaq!", Vətən bölünməz!" kimi şüarlar səsləndirilib.

Yüzlərlə azərbaycanlı və türkün qatıldığı aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, dünya birliyini münaqişəyə ədalətli qiymət verməyə çağırıblar.

Mitinqdə Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilmiş digər terror və soyqırımı aktlarına beynəlxalq hüquqi qiymət verilməsi tələbləri səsləndirilib.

Dünya Azərbaycanlı Gənclər Birliyi, Benilüks Azərbaycanlıları Konqresi, Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi, Fransa Türk Tələbələr Birliyi, Hollandiya-Azərbaycan-Türkiyə Kültür Dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Belin Azərbaycan Evi, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Köln Türk Federasyonu və digər təşkilatların fəal iştirakı ilə keçirilən aksiyanın sonunda bəyanat qəbul olunub.

Bəyanatda Ermənistanın işğalçılıq siyasəti kəskin şəkildə pislənilir, azərbaycanlılara qarşı törədilmiş terror və soyqırım aktlarına hüquqi-siyasi qiymət verilməsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti