...

Azərbaycan ilə Koreya arasında iqtisadi və siyasi əlaqələrin mövcud durumu müzakirə olunub

Siyasət Materials 20 Sentyabr 2012 12:16 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov cümə axşamı Koreyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ço Şu-inni partiyanın mənzil qərargahında qəbul edib.
Azərbaycan ilə Koreya arasında iqtisadi və siyasi əlaqələrin mövcud durumu müzakirə olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov cümə axşamı Koreyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ço Şu-inni partiyanın mənzil qərargahında qəbul edib.

Trend YAP-ın rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Koreya arasında iqtisadi və siyasi əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barəsində bəhs edilib, tərəflər hər iki ölkənin bu cür qarşılıqlı əlaqələrdən fayda gördüyünü qeyd ediblər.

Yeni səfir görüşdə qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək.

Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

Xəbər lenti

Xəbər lenti