...

Azərbaycanın Suriya və Livandakı səfirinin iqamətgahı müvəqqəti olaraq Beyruta köçürüləcək

Siyasət Materials 21 Sentyabr 2012 16:29 (UTC +04:00)
Azərbaycanın Suriya və Livandakı səfirinin iqamətgahı müvəqqəti olaraq Beyruta köçürüləcək.
Azərbaycanın Suriya və Livandakı səfirinin iqamətgahı müvəqqəti olaraq Beyruta köçürüləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Suriya və Livandakı səfirinin iqamətgahı müvəqqəti olaraq Beyruta köçürüləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsində ölkənin Suriya və Livandakı səfiri Mahir Əliyev bildirib.

"Livanda görüləsi işlər Azərbaycanın diplomatik missiyasının Beyrutda olmasını tələb edir", - Əliyev deyib.

Səfirin sözlərinə görə, o, artıq oktyabrın ilk günlərində Beyruta gedəcək.

Qeyd edək ki, İqamətgahı Dəməşqdə yerləşən Azərbaycanın Suriya və Livandakı səfiri və səfirliyin əməkdaşları bu ölkədə yaranan təhlükəsizliyə təhdidlərlə əlaqədar avqustun əvvəllərində Suriyanı tərk edib.

Xəbər lenti

Xəbər lenti