...

Bakıda diplomatik akademiya rektorlarının beynəlxalq forumu açılıb (FOTO)

Siyasət Materials 27 Sentyabr 2012 10:41 (UTC +04:00)
Diplomatik akademiyaların və beynəlxalq münasibətlər institularının rektorlarının forumu Azərbaycan Diplomatik Akademiyası (ADA) kimi təhsil müəssisələri üçün mühüm rol oynayır.
Bakıda diplomatik akademiya rektorlarının beynəlxalq forumu açılıb (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbirlər V.Javoronkova, E.Tariverdiyeva/

Diplomatik akademiyaların və beynəlxalq münasibətlər institularının rektorlarının forumu Azərbaycan Diplomatik Akademiyası (ADA) kimi təhsil müəssisələri üçün mühüm rol oynayır. Bunu cümə axşamı Bakıda forumun açılışında ADA-nın rektoru Hafiz Paşayev bildirib.

"Ümid edirəm ki, biz bu forumun imkanlarından istifadə edə biləcəyik", - Paşayev deyib.

Diplomatik təhsil üzrə ikigünlük beynəlxalq forum ADA-nin yeni korpusunda keçirilir. Mövzular arasında enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər, regional təşkilatların inkişafı və ekoloji məsələlər vardır. Bundan başqa, Diplomatik Akademiyanın əməkdaşlığının perspektivlərinin müzakirə olunacağı da gözlənilir.

Bakı toplantısının işində 60 ölkənin 90-dan artıq rektor və dekanı iştirak edir. Forumun həmsədrləri ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və ABŞ-ın Corctaun Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Paula Nünberqdir.

Xarici qonaqları Azərbaycanın tarixi və ənənələri ilə tanış etmək məqsədilə Bakıda gəzinti turu, Şəki və Qəbələyə səfərlərin təşkili də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti