...

İlham Əliyev Qırğız Respublikasının keçmiş Prezidentini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2012 15:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib
İlham Əliyev Qırğız Respublikasının keçmiş Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edildi.

Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu dedi, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd etdi.

Xəbər lenti

Xəbər lenti