...

AŞ Baş katibi: AŞ Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparırıq

Siyasət Materials 5 Oktyabr 2012 05:20 (UTC +04:00)
Avropa Şurası Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparırıq.
AŞ Baş katibi: AŞ Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparırıq

04 oktryabr, Fransa, Strasburq/ Trend, müxbir A. Məhərrəmli

Avropa Şurası Azərbaycanla bağlı Fəaliyyət Planına dair danışıqlar aparırıq. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında AŞ Baş katibi Torbyorn Yaqland Azərbaycan bağlı Fəaliyyət planına dair məsəlyəyə münasibət bildidirərkən deyib.

T. Yaqland qeyd edib ki, bununla bağlı AŞ katibliyinin nümayəndə heyətinin Azərbaycana səfəri də nəzərdə tutulur.

"Fəaliyyət planı ilə bağlı, hal-hazırda danışıqlar aparılır. Bundan əlavə, Avropa Şurası Katibliyinin nümayənəd heyətinin bununla bağlı Azərbaycana səfəri nəzərdə tutulur. Səfərin məqsədi Fəaliyyət planı ilə bağlı danışıqlar olacaq. Səfərin gerçəkləşməsi artıq qərara alınıb. Səfərlə bağlı dəqiq və konkret tarix yoxdur, amma onu deyə bilərəm ki, səfərin reallaşması üçün artıq razılıq əldı olunub"-Yaqland deyib.

AŞ Baş katibi regiona səfəri ilə bağlı suala cavabında deyib ki, hələ belə bir səfər nəzərdə tutulmur.

"Regiona, xüsusilə, Azərbaycana səfəər Fəaliyyət planı ilə bağlı razılıq olduqdan sonra baş tuta bilər. Əgər belə səfər olarsa, bu səfər Bakiya olacaq"-AŞ Baş katibi deyib..

Xəbər lenti

Xəbər lenti