...

Misir və Türkiyə birgə hərbi dəniz təlimləri keçirir

Siyasət Materials 9 Oktyabr 2012 10:08 (UTC +04:00)
Misir və Türkiyə Aralıq dənizinin şərqində birgə hərbi dəniz təlimləri keçirir. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.
Misir və Türkiyə birgə hərbi dəniz təlimləri keçirir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Misir və Türkiyə Aralıq dənizinin şərqində birgə hərbi dəniz təlimləri keçirir. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.

"Dostluq dənizi" şərti adı altında keçirilən təlim iki həftə davam edəcək. Misir tərəfdən təlimdə beş gəmi və HHQ iştirak edir.

Misir Prezidenti Məhəmməd Mürsi Türkiyə ilə münasibətlərin inkişafına can atır. Belə ki, sentyabrın 30-da Mürsi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının iclasında iştirak edib və burada ikitərəfli münasibətlərin inkişafının vacibliyi bir daha vurğulanıb.

Türkiyə 2011-ci il 25 yanvar inqilabının başlamasından dərhal sonra üsyançıları dəstəkləyən ilk ölkələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti