...

Müsavatdan KXCP-yə cavab gəldi

Siyasət Materials 9 Oktyabr 2012 15:24 (UTC +04:00)
Müsavat Partiyası "Demokratik Birlik" fraksiyasına iclas keçirmək üçün yer ayırması ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) ittihamlarını KXCP-nin şəxsi işi adlandırıb.
Müsavatdan KXCP-yə cavab gəldi

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası "Demokratik Birlik" fraksiyasına iclas keçirmək üçün yer ayırması ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) ittihamlarını KXCP-nin şəxsi işi adlandırıb.

"Müsavat Partiyası olaraq, bizdən iclas keçirmək, hansısa müzakirələr aparmaq üçün nə vaxt yer istəyiblərsə, biz həmin yeri verməkdən imtina etməmişik. Biz KXCP-nin daxili işlərinə qarışmaqdan xeyli uzağıq və orada hər bir məsələnin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq", - bu barədə Trend-ə açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib.

Aslanlı qeyd edib ki, əgər yer verməyə görə Müsavat Partiyasına qarşı hər hansı bir sərt bəyanat, fikir səsləndirirlərsə, bu da KXCP-nin şəxsi işidir.

Qeyd edək ki, KXCP-nin bir qrup üzvü bir araya gələrək "Demokratik Birlik" fraksiyası yaradıb. Lakin birliyin yaradılması partiya daxilində narazılıqlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti