Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Mehdiyev/
İctimai Palatanın (İP) bu gün saat 12.00-da Milli Məclisin (MM) binası qarşısına təyin etdiyi icazəsiz piketə cəhdin qarşısı alınıb.
Trend-in məlumatına görə, piket icazəsiz olduğundan polis əməkdaşları etiraz aksiyasına cəhdin qarşısını alıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti isə İctimai Palatanın bu aksiyasının adıçəkilən yerdə keçirilməsini məqsədəuyğun saymayıb.