...

Ukrayna səfiri: GUAM-ın işində iqtisadiyyat daha çox yer tutmalıdır

Siyasət Materials 7 Noyabr 2012 15:43 (UTC +04:00)
Azərbaycanın da, Ukraynanın da səyləri GUAM-ın işində iqtisadiyyatın daha çox yer tutmasına yönəlib.
Ukrayna səfiri: GUAM-ın işində iqtisadiyyat daha çox yer tutmalıdır

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın da, Ukraynanın da səyləri GUAM-ın işində iqtisadiyyatın daha çox yer tutmasına yönəlib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, bu, kiçik format deyil - bütün tərəflər üçün faydalı ola biləcək münasib variantları tapmağın mümkün olduğu dörd ölkədir. "Bu, ilk növbədə, nəqliyyat layihələri, iqtisadi layihələr və digərləridir", - səfir deyib.

Diplomat bildirib ki, hər kəs GUAM-ın imkanlarını müsbət qiymətləndirir.

Səfirin sözlərinə görə, Ukrayna və Azərbaycan GUAM-ın fəal iştirakçılarıdır: "Təşkilatın XİN rəhbərləri səviyyəsində Kiyevdə keçirilən sonuncu yubiley iclası göstərdi ki, qurumun gələcəyi var və biz buna kifayət qədər praqmatik yanaşırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti