...

Azərbaycan deputatları AŞ PA-nın komitə iclaslarında iştirak edəcəklər

Siyasət Materials 12 Noyabr 2012 19:39 (UTC +04:00)
Noyabrın 12-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcək.
Azərbaycan deputatları AŞ PA-nın komitə iclaslarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 12-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi işlər və insan haqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.

İclaslarda Avropa İnsan haqları Məhkəməsinin effektivliyi, Türkiyə, Bolqarıstan, Monako və Makedoniya ilə post-monitorinq dialoqu, Ukraynada son parlament seçkiləri, Gürcüstanda, Kosovada vəziyyət, Cənubi Qafqazda sabitlik paktına nail olunmasının perspektivləri, Əfqanıstandan narkotik maddələrin nəqlinin Avropa üçün təhlükəsi, Tunisdə siyasi keçid dövrü, Fələstin Milli Şurası ilə əməkdaşlığın dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq, Qırğızıstan parlamentinin bu ölkəyə AŞPA-da demokratiya üzrə tərəfdaş statusunun verilməsinə dair müraciətinə baxılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti