...

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının bəyannaməsi qəbul olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Noyabr 2012 15:42 (UTC +04:00)
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi qətnamələri dəstəkləyir.
Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının bəyannaməsi qəbul olunub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının bəyannaməsi qəbul olunub.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi qətnamələri dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə Bakı keçirilən assambleyanın yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

Təşkilat Cənubi Qafqazda qanunun aliliyi və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı bütün qətnamələrinin təmin edilməsi üzrə səyləri dəstəkləyir.

Təşkilat, həmçinin bu regionda sülhün, barışığın və təhlükəsizliyin irəliləyişi, ölkədə demokratik strukturların gücləndirilməsi baxımından Azərbaycanın və Yeni Azərbaycan Partiyasının rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir.

"Azərbaycanın ərazi bütövlüyü pozulmamalıdır", - bəyannamədə deyilir.

Bəyannaməni ICAPP Daimi Komitəsinin üzvü, Pakistan senatoru Muşahid Hüseyn Səid səsləndirib.

Konfransın bağlanış mərasimində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası Asiya partiyaları arasında dialoqun dərinləşdirilməsinə xidmət edəcək.

"Bu cür görüşlər ölkələrin siyasi həyatında böyük rol oynayan şəxslərin arasında münasibətlərin yaranmasına xidmət edir", - o deyib.

Qeyd edək ki, cümə axşamı Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası öz işinə başlayıb. Assambleyanın işində 35 ölkədən 200-ə yaxın nümayəndə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti