...

Elmar Məmmədyarov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Siyasət Materials 27 Noyabr 2012 19:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexi qəbul edib.
Elmar Məmmədyarov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb və münaqişənin həll olunmamış qalmasının regionun gələcəyinə ciddi maneə törətdiyi bildirilib.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın danışıqlar prosesindən yayındığını həmməruzəçilərin diqqətinə çatdırıb.

Həmməruzəçilər Azərbaycanın narahatlığını başa düşdüklərini və Dağlıq Qarabağ məsələsinin onların hazırlayacağı hesabata daxil ediləcəyini qeyd ediblər.

Məmmədyarov Xocalı hava limanının fəaliyyətinin və uçuşların qeyri-qanuni olduğunu bildirib və bunun sülh prosesinə zərbə vurduğunu xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti