...

AŞ PA-nın Azərbaycan üzrə hesabatı açıqlandı

Siyasət Materials 21 Dekabr 2012 17:39 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt tərəfindən hazırlanan "Azərbaycanın öhdəliklərini yerinə yetirməsi" adlı hesabat açıqlanıb.
AŞ PA-nın Azərbaycan üzrə hesabatı açıqlandı

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Mehdiyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt tərəfindən hazırlanan "Azərbaycanın öhdəliklərini yerinə yetirməsi" adlı hesabat açıqlanıb.

Trend-in məlumatına görə, həmməruzəçilər hesabatda qeyd edib ki, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra demokratik institutların fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən qanunvericilik bazasının formalaşdırılmasında irəliləyişlər əldə edib.

Həmməruzəçilər Azərbaycanın Avropa Şurasına qoşulduqdan sonra AŞ-nin hüquqi sənədlərinin imzalanması və ratifikasiyası baxımından da böyük irəliləyişə nail olduğunu qeyd ediblər.

Hesabatda vurğulanıb ki, Azərbaycan bir sənəd istisna olmaqla, AŞ PA qarşısında öhdəliklərin əks olunduğu bütün hüquqi sənədləri imzalayıb və ratifikasiya edib.

Həmməruzəçilər Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar çərçivəsində Məhkəmə-Hüquq Şurasının yaradılmasını da tədqirəlayiq hal hesab ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti