...

BMT-də Azərbaycanın təşəbbüskarı olduğu TASİM layihəsi ilə bağlı qətnamə qəbul edilib

Siyasət Materials 24 Dekabr 2012 17:12 (UTC +04:00)
BMT-nin Baş Assambleyasında Azərbaycan hökumətinin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması" adlı qətnamə yekdilliklə qəbul edilib.
BMT-də Azərbaycanın təşəbbüskarı olduğu TASİM layihəsi ilə bağlı qətnamə qəbul edilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

BMT-nin Baş Assambleyasında Azərbaycan hökumətinin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması" adlı qətnamə yekdilliklə qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, TASİM layihəsinin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda "rəqəmsal uçurum"un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

Qətnamədə, həmçinin regionda telekommunikasiya tranzit yollarının inkişafına töhfə vermək məqsədilə hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin təkmilləşdirilməsi üçün Azərbaycan hökumətinin irəli sürdüyü Avrasiya Rabitəlilik Alyansının təsis edilməsi təklifi öz əksini tapıb.

Aparılan işlər nəticəsində TASİM təşəbbüsü müxtəlif regionlar tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulublar. Onların sırasında ABŞ, Avstraliya, Belarus, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Livan, Qazaxıstan, Mərakeş, Moldova, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Şri Lanka, Tanzaniya, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya və digərləri xüsusilə qeyd oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti