...

Yaponiya hökuməti tam tərkibdə istefaya göndərilib

Siyasət Materials 26 Dekabr 2012 09:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Baş nazir Esixiko Nod başda olmaqla Yaponiya hökuməti tam tərkibdə istefaya göndərilib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Belə qərar Tokioda keçirilən təcili iclasda qəbul edilib. Beləliklə, ölkədə demokratların üçillik hakimiyyəti başa çatıb, onları liberal demokratlar əvəz edəcək.

Daha sonra Yaponiya parlamentində ölkənin yeni Baş nazirinin namizədliyi üzrə səsvermə keçiriləcək. Həmin şəxs dekabrda Parlamentin Aşağı Palatasına keçirilən növbədənkənar seçkilərdə mühüm qələbə qazanmış LDP-nin lideri Sindzo Abe olacaq. İndi Esixiko Nodun partiyası müxalifətə keçəcək.

Sindzo Abe dekabrın 26-da yeni hökumətin tərkibini elan edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti