...

Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı QHT-lərin təşəbbüsləri dəstəklənəcək

Siyasət Materials 25 Yanvar 2013 14:33 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı QHT-lərin bu və ya digər formada təşəbbüslərini dəstəkləməyə hazırıq.
Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı QHT-lərin təşəbbüsləri dəstəklənəcək

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı QHT-lərin bu və ya digər formada təşəbbüslərini dəstəkləməyə hazırıq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

"Biz ümid edirik ki, əvvəlki seçkilərdə olduğu kimi, bu il də QHT-lər bütövlükdə əhalinin, seçicilərin maarifləndirilməsi istiqamətində, seçkilərin monitorinqinin təşkilində, exit-polun keçirilməsində fəal olacaqlar və Şura da imkanlar daxilində onları dəstəkləməyə davam edəcək", - Quliyev deyib.

Onun sözlərinə görə, QHT-lərlə əməkdaşlıq məsələlərində dövlətin siyasəti bütün QHT-lərə fərq qoymadan, onların siyasi dünyagörüşündən, platformasından asılı olmayaraq, hamısına bərabər şəkildə dəstək verməkdən ibarətdir.

"Yetər ki, həmin QHT Azərbaycan Konstitusiyasına, qanunların hörmət edir, Azərbaycanın dövlətçiliyinin və milli maraqlarının qorunmasına öz töhfəsini verir. Bu baxımdan, bunun ən vacib elementlərindən biri şəffaflıq və aşkarlığın təşkili və təmin olunmasıdır", - Quliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti