...

Politoloq: Paruyr Ayrikyana sui-qəsd şousunu Serj Sərkisyan hazırlayıb

Siyasət Materials 5 Fevral 2013 13:50
Ermənistanın Rusiyanın başına açacağı oyunlar hələ qabaqdadır.
Politoloq: Paruyr Ayrikyana sui-qəsd şousunu Serj Sərkisyan hazırlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Ermənistanın Rusiyanın başına açacağı oyunlar hələ qabaqdadır.

Trend xəbər verir ki, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Mərkəzin sədrinin fikrincə, Ermənistanada prezidentliyə nazmizəd Paruyr Ayrikyana sui-qəsd şousunu hazırkı president Serj Sərkisyan özü hazırlayıb.

Onun sözlərinə görə, parlamentin spikeri O.Abramyanın gecə ikən, hadisədən iki saat keçməmiş prezident seçkilərinin təxirə salınmasını gündəliyə gətirməsi, həkimin P.Ayrikyanın ayağa qalxması üçün 7-10 gün vaxtın lazım olduğunu aydın şəkildə bildirməsi diqqət çəkir. Adətən, həkimlər belə məsələlərdə çox həssas olurlar, lazımi göstəriş olmadan konkret mövqe bildirmirlər. Pezident S.Sərkisyanın P.Ayrikyana baş çəkməsindən sonra P.Ayrikyan açıq mətnlə ona terror hadisəsinin Rusiya tərəfindən təşkil olunduğunu bildirdi. Konstitutsiya məhkəməsinin sədri Q.Arutunyan P.Ayrikyanla görüşdə tələsik siyasi bəyanat verərək Ermənistanın geosiyasi istiqamətinin dəyişəcəyini bildirdi.

"Bütün bunlar P.Ayrikyana qarşı terror hadisəsində əsas rejissorun prezident S.Sərkisyan olduğunu göstərir. S.Sərkisyanın sui-qəsd şousuna ciddi ehtiyacı var. Qərbi və Rusiyanı aldadan S.Sərkisyanın daha yalanları yerimir. Prezident seçkiləri dövründə baş verənlərdən təkcə Rusiya deyil, Qərb də narazıdır. Yaranmış vəziyyəti anlamaq üçün də müəyyən qədər pauza və resurs lazımdır. Eyni zamanda Qərbi başa salmaq lazımdır ki, Rusiya Ermənistanın müstəqilliyinə qəsd etməyə hazırlaşır. Qərb bu seçkilərdə Ermənistan prezidentinin yanında olsun, seçkilərdə qüsur axtarmasın. S.Sərkisyanın seçki vaxtı bütün qanun pozuntularına Avropa müşahidəçiləri anlaqlı yanaşmalı və bu qanun pozuntuları ilə birlikdə seçkiləri legitim hesab etməlidirlər. Bu, S.Sərkisyan üçün minimal məqsəddir. Maksimum məqsəd isə Qərblə Rusiyanı qarşı-qarşıya qoymaqdır", Əhmədoğlu qeyd edib.

Politoloqun fikrincə, konfliktogenlik Ermənistanın ən böyük resursudur və bu resurs hal-hazırda Qərb üçün Rusiyaya qarşı lazımdır. Rusiya-Ermənistan münasibətlərindən ağız dolusu danışan mətbu orqanları və siyasətçilərin heç biri S.Sərkisyanın Rusiyanı şərləməsinə etiraz bildirmədilər, çünki həmin mətbu orqanları və ekspertlər S.Sərkisyanın əlində antirusiya fəaliyyət üçün lazımdır.

"Ayrikyan şousunda Rusiya terrorda ittiham edilir. Amma Rusiya tərəfdən buna heç bir cavab verilmir. Ermənistanın Rusiyanın başına açacağı oyunlar hələ qabaqdadır" - deyə politoloq vurğulayıb.

Mərkəzin rəhəbri qeyd edib ki, ümumyyətlə, hazırda Ermənistanda gedən prosesləri proqnozlaşdırmaq çox çətindir. Çünki indi bu ölkədən istənilən şeyi gözləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti