...

Varşavada erməni diasporunun Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək cəhdi uğursuz alınıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 27 Fevral 2013 19:52 (UTC +04:00)
Fevralın 26-də Polşanın paytaxtı Varşava şəhərində Xocalı soyqırımının 21-ci anım günü iki əzəmətli tədbirlə yadda qalıb. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Varşavada erməni diasporunun Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək cəhdi uğursuz alınıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:04-də yayılıb)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 26-də Polşanın paytaxtı Varşava şəhərində Xocalı soyqırımının 21-ci anım günü iki əzəmətli tədbirlə yadda qalıb. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Belə ki, günorta vaxtı erməni diasporunun nümayəndələri səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Lakin əvvəl olduğu kimi, səfirliyin mövqeyi, səs dinamikası, təbliğat materiallarının gücü və Polşada təhsil alan azərbaycanlı tələbələrin səyi nəticəsində onlar istəklərinə nail ola bilməyiblər.

Fevralın 26-da Varşava vaxtilə saat 14:15 radələrində 25-30 nəfər erməni Sumqayıt hadisələri ilə bağlı "ictimai yığıncaq" keçirmək məqsədilə Ermənistan bayraqları və lozunqlarla Azərbaycanın Polşadakı səfirliyinin qarşısına gəliblər.

Səfirlikdən Trend-ə verilən məlıumata görə, fevralın 25-də Polşanın müvafiq qurumları tərəfindən səfirliyə Polşa ermənilərinin yığıncaq keçirmək planları ilə bağlı məlumat verildiyindən səfirlik tərəfindən ənənəvi olaraq ermənilərin yığıncağına qarşı qabaqlayıcı tədbirlər görülmüşdü. Ermənilər dəfirlik qarşısına gəldikləri zaman dəfirliyi əhatə edən 50 metrlik hasar və dəfirliyin binasının ikinci mərtəbəsində yerləşən eyvanların üzərində böyük hərflərlə "Xocalı", "Xocalı qurbanlarının hüquqlarını qoruyun", "Şaumyan terrorist" sözləri yazılmış və Xocalı faciəsinin acı nəticələrini əks etdirən məlumatın əks olunduğu çoxsaylı irihəcmli plakatlar asılmışdı.

Səfirliyi əhatə edən hasar üzərindən həmçinin iyirmiyədək Azərbaycan bayrağı, Heydər Əliyev Fondu tərəfindən göndərilmiş Xocalı soyqırımından faciəvi səhnələri əks etdirən əlliyə yaxın fotoşəkil, azyaşlı uşaqların çəkdikləri rəsmlər, səfirlik tərəfindən polyak dilində hazırlanmış 31 mart, Xocalı və 20 Yanvar faciələri ilə bağlı məlumat vərəqələri asılmışdı. Bunlardan əlavə, ermənilərin keçirdikləri yığıncağa cavab olaraq Polşada yaşayan soydaşlarımız, Varşavada təhsil alan azərbaycanlı tələbələr, onların polyak dostları və səfirlik əməkdaşları əllərində Azərbaycan bayraqları tutaraq səfirlik qarşısında dayanmışdılar.

Sözügedən şəkillər səfirliyin hasarı üzərində səhər erkəndən asıldığından səfirliyin yerləşdiyi Zvıçenztsuv və Krıniçna küçələrindən gün ərzində keçən yüzlərlə sadə polyak sözügedən şəkilləri görmüş, məlumatlarla tanış olmuşlar. Habelə, küçədən keçən polyaklar səfirlik tərəfindən qoyulmuş stol üzərindən müvafiq təbliğat-təşviqat materialları - səfirlik tərəfindən polyak dilinə tərcümə edilərək çap edilmiş Azərbaycan tarixi və mədəniyyətinə aid çoxlu sayda kitablar və məlumat vərəqələri götürmüşlər.

"Səfirliyə verilən məlumatda 50-80 nəfər erməninin yarım saatlıq toplaşacağı bildirilsə də, cəmi 25-30 nəfər erməni 15 dəqiqəlik toplaşmışlar. Əvvəlcə səfirlikdən aralıda yığışan ermənilər səfirliyin hazırlıq tədbirləri və azərbaycanlıların sayca daha çox olduğunu görərək tədbirə başlamaqda tərəddüd keçirirdilər. Lakin sonda məcburiyyət qarşısında qalıb Xocalı sözü yazılmış plakatlar və soyqırım aktından faciəvi səhnələri əks etdirən fotoşəkillər qarşısında dayanaraq tədbirlərinə başladılar. Səfirliyə daxil olan məlumatda həmçinin ermənilərin petisiyanı Azərbaycan səfirinə təqdim etmək istədikləri bildirilirdi. Lakin ermənilər petisiyanı onlarla qarşı-qarşıya dayanmış səfirlik əməkdaşlarına verməyə cəsarət etməmişlər. Çünki onlar petisiyanı təqdim edəcəkləri təqdirdə, 20 adda kitab və məlumat vərəqələrindən ibarət materiallar toplusunun onlara təqdim ediləcəyini bilirdilər. Ermənilər çarəsiz qalıb petisiyanı səfirliyin poçt qutusuna atmışlar. Lakin düşünmürük ki, onlar bu şəkildən də istifadə edə bilsinlər. Çünki poçt qutusunun ətrafına ermənilərin törətdikləri Xocalı soyqırımının acı nəticələrini əks etdirən çoxlu sayda şəkillər yapışdırılmışdı", - səfirliyin məlumatında deyilir.

Səfirlik qarşısına toplaşan ermənilər Rəşid Behbudovun "Azərbaycan" mahnısı ilə qarşılanıblar. Petisiyanı Üzeyir Hacıbəyovun "Koroğlu" üvertürası və Cəngi havasının sədaları altında oxumağa məcbur olublar. Həmçinin, səfirlik qarşısına toplaşmış soydaşlarımız bu zaman gur səslə "Azərbaycan", "Qarabağ" şüarlarını səsləndirirdilər. Ermənilər ötənilki təcrübələrindən asayişi təmin etmək və baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məsədilə yığıncaq iştirakçılarının yaxınlığında dayanan Polşa polisinin musiqini dayandırmağa və ya toplaşmış soydaşlarımızı susdurmağa cəhd etməyəcəyini anlayaraq kor-peşman tədbirlərini erkən (15 dəqiqədən sonra) yekunlaşdırıb dağılışmışlar. Ermənilər Polad Bülbüloğlunun yazdığı və Müslüm Maqomayevin gur səslə ifa etdiyi "Azərbaycan" mahnısının sədaları altında yola salınmışlar. Beləcə, ermənilərin Azərbaycan Səfirliyi qarşısında toplaşmaqla bağlı budəfəki - üçüncü cəhdləri də eyni aqibətlə başa çatıb.

Tədbirdən sonra səfir Həsən Həsənov soydaşlarımız və onların polyak dostları ilə görüşərək göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib, Xocalı sərgisi fonunda onlarla xatirə şəkli çəkdirib.

Axşam isə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Varşavanın Müstəqillik Muzeyinin böyük zalında Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş "Azərbaycan müstəqillik yolunda" adlı tədbir keçirilib. Səfirliyin apardığı geniş təşviqat işi nəticəsində tədbirə böyük maraq göstərilib. 120 nəfərlik zal tamamilə dinləyicilərlə dolub, əlavə oturacaqlar təşkil olunub, o cümlədən 40-dək adam çıxışçıları ayaq üstə dinləyib. İştirakçılar arasında müəllimlər, tələbələr, müxtəlif təşkilatların nümayəndələri, jurnalistlər, Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Polşada təhsil alan azərbaycanlı gənclər var idi.

Tədbirdə "Azərbaycan Mədəniyyət Mərkəzinin" sədri Şəhla Kazımova, dünya şöhrətli polyak alim, Kolumbiya və Varşava universitetlərinin professoru Tadeuş Sventaxovski və Varşava Universitetinin aspirantı Natalia Konarjevska Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çıxışlar ediblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov geniş çıxış edib və Azərbaycanın tarixi, Azərbaycan xalqının müstəqillik yolunda çəkdiyi əziyyətlər, Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətindən ətraflı söhbət açıb və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonra tədbir iştirakçıları Xocalı faciəsinin əks olunduğu sərgiyə baxıb və onlara Azərbaycan həqiqətlərini əks etdirən və Azərbaycanı təbliğ edən 20 adda polyak dilində səfirlik tərəfindən nəşr olunan kitablar və açıqcalar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti