...

Abdulla Öcalan PKK-nı təslim olmağa çağırıb

Siyasət Materials 21 Mart 2013 16:13 (UTC +04:00)
Türkiyədə ömürlük həbsdə olan kürd separatçılarının lideri Abdulla Öcalan bu gün rəhbərlik etdiyi Kürd Fəhlə Partiyasını (PKK) təslim olmağa, ölkə ərazisindən silahlı dəstələri çıxarmağa, uzun sürən münaqişənin nizamlanması üzrə sülh danışıqlarına başlamağa çağırıb.
Abdulla Öcalan PKK-nı təslim olmağa çağırıb

Azərbaycan, Bakı, 21 mart /Trend/

Türkiyədə ömürlük həbsdə olan kürd separatçılarının lideri Abdulla Öcalan bu gün rəhbərlik etdiyi Kürd Fəhlə Partiyasını (PKK) təslim olmağa, ölkə ərazisindən silahlı dəstələri çıxarmağa, uzun sürən münaqişənin nizamlanması üzrə sülh danışıqlarına başlamağa çağırıb.

"Milyonlara müraciət edirəm, kim silahlıdırsa, Türkiyəni tərk etsin", - Trend-in CNN Turk telekanalına istinadən yaydığı məlumata görə, Öcalanın müraciətində deyilir.

Müraciət Diyarbəkir şəhərində leqal fəaliyyət göstərən kürdyönlü Sülh və Demokratiya Partiyasının nümayəndələri tərəfindən səsləndirilib.

"Bu gün proses başlayır. Biz illərlə özümüzü xalq üçün qurban vermişik. Bu gün biz deyirik - müharibəyə son... Bu gün milyonlarla insanın iştirakı ilə yeni prosesə başlayıram. Birinci planda silah yox, siyasətdir. Artıq silahları yerə qoymağın və türk və kürd millətlərinin qanını axıtmağa son qoymağın vaxtı çatıb. Silahlarınızı yığışdırın və ölkə hüdudlarını tərk edin. Biz silahlı mübarizədən demokratik mübarizəyə keçirik", - Öcalanın müraciətinə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti