...

Bakıda Asiya parlamentinin yaradılması təklif olunub

Siyasət Materials 5 Aprel 2013 11:36 (UTC +04:00)
Bakıda Asiya parlamentinin yaradılması təklif olunub. Trend-in məlumatına görə, bu təklifi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun Bakıda keçirilən 1-ci iclasında qurumun yaradıcısı Xose De Venesia öz çıxışında səsləndirib.
Bakıda Asiya parlamentinin yaradılması təklif olunub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda Asiya parlamentinin yaradılması təklif olunub. Trend-in məlumatına görə, bu təklifi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun Bakıda keçirilən 1-ci iclasında qurumun yaradıcısı Xose De Venesia öz çıxışında səsləndirib.

O qeyd edib ki, Asiya ölkələri artıq özlərindən asılı olmaq, öz ayaqları üzərində dayanmaq istəyirlər.

"Bunun üçün də bizim ortaq hüquqi bazamızı tənzimləyəcək vahid parlamentimiz olmalıdır. Həm iqtisadi, həm siyasi güc qərbdən şərqə doğru gedir. Bu, Asiya əsrinin başlanğıcıdır. Asiya ölkələrinin gündən-günə inkişafı göz qabağındadır", - o deyib.

İCAPP həmsədrinin təşəbbüsünü iclasda çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov da dəstəkləyərək artıq yeni dövrün Asiya dövrü olması fikrinə şərik olduğunu bildirib. Asiya Parlamentinin yaradılması fikri iclsda iştirak edən digər İCAPP-a üzv ölkələr tərəfindən razılıqla qarşılanıb və bununla bağlı lazımı işlərə başlanmasının vacibliyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti