...

Ermənistandakı Rusiya hərbi bazasının kəşfiyyatçıları təlimləri başa vurur

Siyasət Materials 18 Aprel 2013 17:07 (UTC +04:00)
Rusiyanın Ermənistandakı bazasının 50-yə yaxın hərbçisi və 10 hərbi və xüsusi texnika cümə axşamı xüsusi taktiki təlimlərin yekunlaşmasında iştirak edib.
Ermənistandakı Rusiya hərbi bazasının kəşfiyyatçıları təlimləri başa vurur

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Rusiyanın Ermənistandakı bazasının 50-yə yaxın hərbçisi və 10 hərbi və xüsusi texnika cümə axşamı xüsusi taktiki təlimlərin yekunlaşmasında iştirak edib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

"Təlimlər zamanı dağlıq yerlərdə və şəhər şəraitində kəşfiyyat-axtarış hərəkətləri üzrə təcrübi bacarıqlar yerinə yetirilib", - Cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Təlimin planına uyğun olaraq, kəşfiyyatçılara şərti rəqibin əsas məntəqəsini aşkarlayıb məhv etmək, məxfi informasiyanı, həmçinin silah və əlaqə vasitələrini ələ keçirmək olub.

Qarşıya qoyulan məsələləri yerinə yetirmək üçün şəxsi heyət helikopterdən desant hücumu və xüsusi hərəkətlərin keçirildiyi yerə dağlıq-meşəlik yolla gizli yerdəyişmə həyata keçirib. Həmçinin, kəşfiyyatçılar 19-cu əsrdən Cənubi Qafqazda Rusiya qoşunlarının şərti olaraq "Böyük qala" (Gümrü şəhəri) adlandırılan daimi dislokasiya məntəqəsini ələ keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti