...

YAP Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərə başlayıb (FOTO)

Siyasət Materials 27 Aprel 2013 14:11 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən tədbirlər proqramı hazırlanıb.
YAP Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən tədbirlər proqramı hazırlanıb.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, bu proqram çərçivəsində Birlik mühüm layihələr həyata keçirir.

YAP Gənclər Birliyi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bölgə gənclərinin iştirakı ilə paytaxt Bakıda silsilə tədbirlərin keçirilməsinə başlayıb.

Artıq iki belə tədbir keçirilib. Aprelin 27-də şimal və Qarabağ bölgəsinin gəncləri Bakıya dəvət edilib. Gənclər öncə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.

Gənclər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi ilə tanış olub, Fondda "Böyük ömrün anları" filmini izləyiblər.

Daha sonra gənclər YAP Gənclər Birliyinin ofisində Milli Məclisin deputatı, komitə sədri Eldar İbrahimovla görüşüblər.

Tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin sədri Seymur Orucov açıb, ulu öndərin 90 illik yubileyi ilə bağlı ölkəmizdə və ölkəmizdən kənarda keçirilən, həmçinin YAP Gənclər Birliyinin təşkil etdiyi tədbirlərlə bağlı gənclərə məlumat verib.

Daha sonra millət vəkili Eldar İbrahimov gənclərə Heydər Əliyev iris ilə bağlı geniş məlumat verib. O, ulu öndərlə bağlı xatirələrini gənclərlə bölüşüb. Tədbirdə iştirak edən gəncləri düşündürən suallara aydınlıq gətirilib.

Sonda İbrahimov gələcəkdə dövlətimizin və Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas hədəflərlə bağlı gəncləri məlumatlandıraraq onlara işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti