...

İraq PKK yaraqlılarının ölkədə yerləşdirilməsinə qadağa tələbi ilə BMT TŞ-yə müraciət edəcək

Siyasət Materials 15 May 2013 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Tağıyeva/

İraq terrorçu Kürdüstan Fəhlə partiyasının üzvlərinin ölkə ərazisində yerləşdirilməsinin qarşısının alınması məqsədil ilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Məlumata görə, Bağdad, həmçinin Türkiyəni tərk edən PKK yaraqlılarının ölkə ərazisində yerləşdirilməsinə qarşı öz etirazı haqqında Ankaraya xəbərdarlıq etmək niyyətindədir. Ölkəyə yaraqlıların daxil olunmasının qarşısını almaq məqsədilə İraq, həmçinin Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlığı Təşkilatına (İƏT) da müraciət etmək niyyətindədir.

Telekanalın məlumatına görə, İraq rəhbərliyi PKK yaraqlılarının Türkiyədən ölkə ərazisinə gəlmələri barədə xəbərləri inkar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti