...

Gürcüstan azərbaycanlıları ana dilində hüquqi məsləhət ala biləcəklər

Siyasət Materials 16 May 2013 17:30 (UTC +04:00)
Əhalisinin 80 faizini Gürcüstan azərbaycanlıları təşkil edən Marneuli şəhərində 130 min nəfərin istifadə edəcəyi Hüquq Məsləhət Mərkəzi açılıb.
Gürcüstan azərbaycanlıları ana dilində hüquqi məsləhət ala biləcəklər

Gürcüstan, Tbilisi, 16 may /Trend, müxbir N.Kirsxaliya/

Əhalisinin 80 faizini Gürcüstan azərbaycanlıları təşkil edən Marneuli şəhərində 130 min nəfərin istifadə edəcəyi Hüquq Məsləhət Mərkəzi açılıb.

Trend-in məlumatına görə, onlar mərkəzin rəhbərinə həm gürcü, həm də Azərbaycan dilində müraciət edə biləcəklər. Cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari jurnalistlərə bildirib ki, mərkəzdə Azərbaycan dilində də hüquqi məsləhətlər veriləcək.

Mərkəz yerli sakinlərə hüquqi sənədlərin tərtib olunmasında kömək edəcək və ehtiyac olacağı təqdirdə, onları Rustavidə Hüquqi Yardım Mərkəzi ilə əlaqələndirəcək.

Marneulidəki mərkəz Gürcüstanda sayca 16-cı hüquqi yardım ofisidir. Hüquq məsləhətxanası BMT İnkişaf Proqramının dəstəyi ilə açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti