...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Parisdə işgüzar görüşləri davam edir (FOTO)

Siyasət Materials 23 May 2013 08:57 (UTC +04:00)
Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşmüşdür
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Parisdə işgüzar görüşləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayan Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının sədri Elizabet Qiqu bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə tövhə verəcəyini bildirmişdir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E. Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulamışdır.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çəkmiş, ölkəmizin bu təşkilatın "Şərq tərəfdaşlığı" proqramında fəal iştirak etdiyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti