...

Ekmələddin İhsanoğlu: Bakıda keçirilən konfrans islam dünyasının Fələstinə olan dəstəyini göstərməlidir

Siyasət Materials 11 İyun 2013 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir S.Ağayeva/

Bakıda keçirən konfransın məqsədi islam dünyasının Fələstinə olan dəstəyini nümayiş etdirməkdir.

Trend-in məlumatına görə, bu barədə Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransında çıxışı zamanı İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu bildirib: "Bis İsrailin Fələstinlə bağlı siyasətini pisləyirik".

Onun sözlərinə görə, konfransın əsas məqsədi on minlərlə fələstinli uşağın təhsil almaq imkanının olmamasına, şəhərdə səhiyyə sektorunun acınacaqlı vəziyyətdə olmasına və Qüds şəhərinin əhalisinin tibbi yardım əldə edilməsi ilə bağlı problemlərə malik olmasına diqqəti cəlb etməkdir.

Çərşənbə axşamı Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti