...

Netanyahu: Dünya ictimaiyyəti İrana təzyiqləri azaltmamalıdır

Siyasət Materials 16 İyun 2013 15:22 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu Həsən Ruhaninin Prezident seçilməsinə baxmayaraq, dünya ictimaiyyətini İrana təzyiqləri azaltmamağa çağırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Netanyahu: Dünya ictimaiyyəti İrana təzyiqləri azaltmamalıdır

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İsrailin Baş naziri Benyamin Netanyahu Həsən Ruhaninin Prezident seçilməsinə baxmayaraq, dünya ictimaiyyətini İrana təzyiqləri azaltmamağa çağırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bu gün hökumətin iclasında çıxış edən Netanyahu xatırladıb ki, İranın nüvə sahəsində siyasətini Prezident deyil, ali lider Əli Xamneyi müəyyən edir.

Baş nazir bildirib ki, dünya ictimaiyyəti səhvə yol verməməli və nüvə proqramının dayandırılması üçün İrana təzyiqləri azaltmamalıdır: "Qeyd etmək lazımdır ki, istənilən halda İranın nüvə siyasətini Ayətullah Əli Xamneyi müəyyən edir".

Xəbər lenti

Xəbər lenti