...

Kadir Topbaş: İstanbulda bütün layihələr yalnız sakinlərin razılığı ilə həyata keçiriləcək

Siyasət Materials 20 İyun 2013 17:16 (UTC +04:00)
Bundan sonra İstanbulda bütün layihələr yalnız bu vilayətin sakinlərinin razılığı ilə həyata keçiriləcək.
Kadir Topbaş: İstanbulda bütün layihələr yalnız sakinlərin razılığı ilə həyata keçiriləcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir A.Tağıyeva/

Bundan sonra İstanbulda bütün layihələr yalnız bu vilayətin sakinlərinin razılığı ilə həyata keçiriləcək. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında İstanbul meri Kadir Topbaş bildirib.

Topbaş deyib ki, hətta avtobus dayanacaqlarının yerinin dəyişdirilməsi də bundan sonra yalnız sakinlərin razılığından sonra həyata keçiriləcək.

Merin sözlərinə görə, nümayişlər nəticəsində İstanbul administrasiyasına dəyən ziyanın məbləği 60 milyon lirə təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti